
Mayın 26-da Bayıl stadionunda yoldaşlıq oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər verir.
Oyun Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları arasında baş tutacaq. Matç saat 19:30-da başlayacaq.