Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Malta milli komandaları arasındakı oyunda zədələnən Namik Ələsgərov Almaniyada uğurla cərrahiyə əməliyyatı olunub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi üçün bu gündən fizioterapiya kursuna başlanıb.
Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
Qeyd edək ki, Namik Ələsgərov martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada dizinin ön çarpaz bağlarını qırıb.