
Bakının "Əlincə” klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının üzvü Turan Vəlizadə Türkiyənin "Fənərbağça” komandasında məşqlərə başlayıb. Sportnet.az-ın məlumatına görə, Vəlizadə bir müddət "sarı-lacivərdlilər”in düşərgəsində baxışda olacaq. 
Artıq indidən türkiyəli məşqçilər onun haqda müsbət fikirlər səsləndirir. Yekun qərar isə aprelin 21-də açıqlanacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































