Ermənistan nümayəndə heyəti "Bakı 2015" I Avropa Oyunları zamanı Atletlər Kəndində qalmaq istəməyib. Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Errmənistan tərəfi səbəb olaraq daha təhlükəsiz məkanda məskunlaşmaq istəyini ifadə edib: "Lakin onlara izah olunub ki, ən təhlükəsiz yer məhz Atletlər Kəndidir. Onlar da bununla razılaşıblar".
A.Rəhimov bildirib ki, Avropa Parlametntinin "Xocalı Soyqırımı"nı tanımasından sonra Ermənistan tərəfindən Avropa oyunlarında iştirak edib-etməyəcəkləri barədə heç bir açıqlama gəlməyib: "Son günlər eşidirik ki, Ermənistanın hansısa federasiyası müəyyən səbəblər göstərərək "Bakı 2015"dən imtina edir. Amma biz şayələrlə yox, rəsmi açıqlamalarla işləyirik".