
Kosovo Futbol Federasiyası 2016-cı ildən FİFA-ya üzv olacaq və ölkənin milli komandası 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb.
Albaniyanın futbol qurumunun prezidenti Armand Duk FİFA və UEFA-ya qoşulaşacaqlarının bir addəmlığında olduğunu bildirib.
"Mən əminəm ki, Kosovo 2016-cı ildə FİFA və UEFA-nın üzvü olacaq. UEFA rəhbərliyi ilə danışdım və düşünürəm ki, Kosovo dünya çempionatının seçmə mərhələsində iştirak edə biləcək. Bu Albaniya futbolu uçun önəmli hadisədir".






































































