
Tütkiyə Superliqasında 2014-2015-ci il mövsümünün qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Qalatasaray" klubu sona bir tur qalmış tarixində 20-ci dəfə ölkə çempionu olub.
"Sarı-qırmızılar" ən yaxın izləyicisi "Fənərbağça"nın "Başakşehirspor"la səfər matçında xal itirməsindən sonra qızıl medalları təmin edib. Meydan sahiblərinin hər iki qolunu 2010 - 2013-cü illərdə "Qalatasaray"a məxsus olmuş Mehmet Batdal (dəq. 53 və 62)vurub. Batdal 90+4-cü dəqiqədə 3-cü qolu da vurmağa yaxın olsa da, penaltidən yararlana bilməyib. Qonaq komandadan isə Dieqo (dəq. 81) ilə Pyer Vebo (dəq. 88) fərqlənib. "Fənər" Mehmet Topuz (dəq. 84), Brunu Alveş (dəq. 90+2), Caner Erkinin (dəq. 90+3) və Pyer Vebonun (dəq. 90+6) qırmızı vərəqə almaları səbəbindən matçı 7 futbolçu ilə başa vurub.
Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 71 xalla 2-ci pillədə qalıb və özündən 5 xal irəlidəki "Qalatasaray" ona əlçatmaz olub.