
Argentina yığmasının hücumçusu Lionel Messi rəqiblərindən sıyrılma və qol epizodları yaratma üzrə DÇ-2014-ün lideridir. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı futbolçu rəqiblərini 29 dəfə aldadıb və 19 dəfə qapı qarşısında qol epizodu yaradıb.
Bununla yanaşı, Messi almaniyalı Tomas Müller və Braziliya yığmasının futbolçusu Neymarla 4 qolla bombardirlər siyahısında 2-ci pilləni bölüşür.
Qeyd edək ki, Argentina yığması iyulun 9-dan 10-na keçən gecə saat 1-də DÇ-2014-ün yarımfinalında Hollandiya millisi ilə qarşılaşacaq.