
"Düşünürəm ki, yarış tamaşaçıların xoşuna gələcək. Bu yarışda maşınlar dünyada ən sürətli trasda 300 km/saat sürət yığa biləcək. Bu unudulmaz şou olacaq". Sportnet.az-ın məlumatına görə, bunu Formula-1 yarışlarının ikiqat dünya çempionu, Bakıda keçiriləcək Avropa Qran-Prisinin səfiri Fernando Alonso deyib.
İspaniyalı pilot qeyd Bakıdakı trasın başqa traslara bənzəmədiyini bildirib: "Burada ötmə əməliyyatı və digər hərəkətlərin icrası, eləcə də 340 km/saat sürətlə hərəkət etmək üçün imkanlar var. Digər şəhər traslarında bu imkanlar yoxdur. Onlar əsasən dardır, burada ötmə əməliyyatı etmək mümkün deyil".
Qeyd edək ki Bakıdakı Avropa Qran-Prisi iyunun 17-19-da keçiriləcək.