Gənclər və
İdman Nazirliyinin fotoqrafı Dilavər Nəcəfov İngiltərənin nüfuzlu Avropa
Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş "Azərbaycan
idmanı - fotokamerada” müsabiqəsinin birincisi olub. Sportnet.az-ın
məlumatına görə, Dilavər Nəcəfova qalibiyyəti Pekində keçirilmiş 29-cu
Yay Olimpiya Oyunlarında gimnastımız Aliyə Qarayevanın lentlə çıxışını əks
etdirən foto gətirib.
TEAS Dilavər Nəcəfovun Azərbaycanın məşhur fotoqraflarından biri olduğunu, uşaqlıq illərdindən
foto sənətinə böyük maraq göstərdiyini və 20 ildən artıqdır Gənclər və İdman Naziriyində çalışdığını qeyd edib.
Qeyd
edək ki, müsabiqənin əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək Avropa
Oyunlarının təbliğatı olub. Qalib gəlmiş 70-dən artıq foto Avropanın bir
sıra ölkələrində sərgilərdə nümayiş olunacaq.
İkinci yeri Fransalı fotoqraf Paul Robion, 3-cü yeri isə Azərbaycanlı fotoqraf Rufat Abbas tutub.