
"Mercedes" komandasının pilotu Lüis Hemilton "Formula 1" üzrə Rusiya Qran-prisinin qalibi olub.
Sportnet.az-ın məlumatına görə, britaniyalı sürücü ümumilikdə 100-cü qələbəsini qazanıb. O, Soçidə 5-ci dəfə birinci yeri tutub. Daha əvvəl Hemilton 2014, 2015, 2018 və 2019-cu illərdə hamını qabaqlayıb.
Mövsümün 15-ci mərhələsində ikinci yeri "Red Bull" sürücüsü Maks Ferstappen tutub. Niderlandlı idmançı yarış vaxtı güc qurğusunu dəyişdirdiyi üçün cəzalandırılıb və mübarizəyə 20-ci sıradan başlamalı olub.
Üçüncü yer isə "Ferrari"dən Karlos Saynsa qismət olub.
"Uilyams"dan Nikolas Latifi və "Haas"dan Mik Şumaxer finişə çata bilməyib.
Rusiya Qran-prisindən sonra Lüis Hemilton 246,5 xalla liderdir. Maks Ferstappen 244,5 xalla ikinci, "Mercedes"in daha bir pilotu Valtteri Bottas 151 xalla 3-cüdür. Konstruktorlar Kubokunda isə "Mercedes" 362,5 xalla liderdir. "Red Bull" 344,5 xalla, "Maklaren" 215 xalla sonrakı yerlərdə qərarlaşıb.
HISTORY!!! ????@LewisHamilton becomes the first F1 driver ever to reach 100 wins ????????????#RussianGP #F1 pic.twitter.com/AK5cCAaxpe
— Formula 1 (@F1) September 26, 2021