Motoyürüş üzrə dünya çempionatının 2023-cü il üçün təqvimi açıqlanıb.
Sportnet.az Autoinfo.az-a istinadən xəbər verir ki, MotoGP mərhələlərini qəbul edəcək ölkələr siyahısına Qazaxıstan və Hindistan da daxil olub.
Tarixdə ilk dəfə təşkil olunacaq Qazaxıstan Qran Prisi gələn il 7 - 9 iyulda "Sokol" trasında gerçəkləşəcək. Hindistan mərhələsi isə 22 - 24 sentyabrda Budda adına avtodromda baş tutacaq. Burada əvvəllər "Formula 1" mərhələləri baş tutub.
Yeni MotoGP mövsümü martın 26-da Portuqaliyada başlayacaq və noyabrın 26-da İspaniyanın Valensiya şəhərində yekunlaşacaq.
MotoGP-nin 2023-cü il üçün təqvimi:
26 mart. Portiman Portuqaliya Qran Prisi
2 aprel. Termas de Rio Ondo. Argentina Qran Prisi
16 aprel. Ostin. Amerika Qran Prisi
30 aprel. Xeres. İspaniya Qran Prisi
14 may. Le Man. Fransa Qran Prisi
11 iyun. Mucello. İtaliya Qran Prisi
18 iyun. Zakzenrinq. Almaniya Qran Prisi
25 iyun. Assen. Niderland Qran Prisi (TT Assen)
9 iyul. "Sokol" Almatı. Qazaxıstan Qran Prisi
6 avqust. Silverstoun. Böyük Britaniya Qran Prisi
20 avqust. Red Bull Rinq. Avstriya Qran Prisi
3 sentyabr. Kataloniya. Kataloniya Qran Prisi
10 sentyabr. Mizano. San Marino Qran Prisi
24 sentyabr. Budda. Hindistan Qran Prisi
1 oktyabr. Motegi. Yaponiya Qran Prisi
15 oktyabr. Mandalika. İndoneziya Qran Prisi
22 oktyabr. Filip Aylend. Avstraliya Qran Prisi
29 oktyabr. Buriram. Tailand Qran Prisi
12 noyabr. Sepanq. Malayziya Qran Prisi
19 noyabr. Losayl. Qətər Qran Prisi
26 noyabr. Rikardo Tormo. Valensiya Qran Prisi.