1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli Məclis idmanla bağlı qanuna dəyişiklik edir
Azərbaycanın "Bədən tərbiyəsi və idman haqqında” qanununa dəyişikliklər edilir. Sportnet.az "Report”a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, dəyişikliklər sənədin "Polis haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə aparılır. Dəyişikliklərə əsasən, idman obyektləri ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulan yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlərə icazə verilmir.
Bundan başqa, sərxoşluq vəziyyətində olan, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər də bu cür idman arenalarına buraxılmayacaqlar. Qanunun tələblərini pozanlar İnzibati və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Qanun layihəsini müzakirə edən komitə üzvləri qeyd ediblər ki, dəyişikliklər kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin təmin edilməsini, habelə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasının qarşısını alacaq.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.