SSRİ xalq artisti, deputat İosif Kobzon Rusiya Kamandan oxatma Federasiyasında şura sədri seçilib. Sportnet.az-ın məlumatına görə, ölkə mətbuatına açıqlamasında yeni təyinatı ilə bağlı bunları söyləyib.
"Qarşımızda olan əsas məsələ kamandan oxatma idman növünü Rusiayda inkişaf etdirməkdir. Hazırda fəallıq olmasa da, proqram tərtib olunacaq. Bu çox bahalı idman növüdür. İnkişafı üçün dövlət tərəfindən dəstəyə ehtiyacımız olacaq. Bu idman növünə çoxdan bələdəm. Agiri-Buryat vilayətinin deputatı ilə müzakirəm olub. O bölgədə kamandan oxatma xalqın ən sevimli idman növüdür".
"Ölkədə kamandan oxatma idman növünə xeyrim dəyəcəyini düşündüyüm üçün bu vəzifəni qəbul etdim"- deyə Kobzon sözlərini tamamlayıb.