"Formula 1" üzrə sabiq dünya çempionu Codi Şekterin qızı İla dünyasını dəyişib.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, narkomaniyadan əziyyət çəkən İla Şekter oktyabrın 17-də 21 yaşında vəfat edib. Onun ölüm səbəbinin qəbul etdiyi dərmanların dozasının həddindən artıq olması ilə əlaqələndirilir.
İla 6 uşaqlı ailənin 5-ci övladı olub. Ailənin verdiyi məlumata görə, İla 17 oktyabrdan sonra narkotik asılılığına qarşı müalicəyə başlamalı idi.
Qeyd edək ki, Codi Şekter 1979-cu ildə "Formula 1" yarışının qalibi olub.