
Tennis üzrə “Böyük Dəbilqə” seriyalı turnirlərin almaniyalı altıqat qalibi Boris Bekker 57 yaşında ata olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə dünyanın sabiq bir nömrəli raketka ustası şəxsi sosial şəbəkə hesabında bildirib.
O, xanımı Lilian de Karvalyo Monteyronun hamiləliyini əks etdirən video nümayiş etdirib. Bekker özündən 22 yaş kiçik Lilianla 2024-cü ilin sentyabrında İtaliyanın Portofino şəhərində evlənib.
Qeyd edək ki, artıq Boris Bekkərin üç qadınla münasibətlərindən dörd övladı var. Monteyro ilə nikah onun rəsmi qaydada üçüncü evliliyidir.