İsveçrənin Montrö şəhərində keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 6 taekvondoçusu mübarizəyə qoşulub. Sportnet.az-ın məlumatına görə, onlar 4 çəki dərəcəsində mübarizə aparıblar.
Taekvondoçulardan 5-i artıq mübarizəni dayandırıb. Onların arasında uzunmüddətli zədədən sonra ilk böyük yarışına qatılan Əzizov və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Fəridə Əzizova da var. Əvəzində digər olimpiyaçı Milad Beigi Harçeqani Avropa çempionu olub. Həlledici qarşılaşmada o, türkiyəli Yunus Sarıya heç bir şans verməyib.
Qeyd edək ki, ilk yarış günündə Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.
Avropa çempionatı
Kişilər
74 kq
1/16 final. Namaz Heydərov - Yon Asp (Norveç) - 7:5
1/8 fina. Namaz Heydərov - Nikolas Korten (Belçika) - 8:14
1/16 final. Səid Quliyev - Klaudio Trevizo (İtaliya) - 0:0 (hakimlərin qərarı ilə Trevizo qalib gəlib)
80 kq
1/16 final. Ramin Əzizov - David Sayko (Slovakiya) - 10:1
1/8 final. Ramin Əzizov - Muhammad Lutalo (Böyük Britaniya) - 0:5
1/8 final. Milad Beigi Harçeqani - İvan Karayloviç (Serbiya) - 13:0
1/4 final. Milad Beigi Harçeqani - Muhammad Lutalo (Böyük Britaniya) - 13:1
1/2 final. Milad Beigi Harçeqani - Pyotr Pazinski (Polşa) - 16:4
FİNAL. Milad Beigi Harçeqani - Yunus Sarı (Türkiyə) - 5:0
Qadınlar
62 kq
1/16 final. Eris Yaprak - Darya Yakovleva (Ukrayna) - 10:5
1/8 final. Eris Yaprak - Coys van Baren (Hollandiya) - 4:1
1/4 final. Eris Yaprak - İrem Yaman (Türkiyə) - 0:8
67 kq
1/8 final. Fəridə Əzizova - Nadya Savkoviç (Serbiya) - 3:0
1/4 final. Fəridə Əzizova - Nur Tatar (Türkiyə) - 0:1