1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Millimizin heyətində dəyişiklik
"Taekvondo üzrə Qran-pri yarışının finalında ölkəmizi qadınlardan ibarət yığma komandanın üzvlərindən Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) təmsil edə bilməyəcək”. Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev qurumun rəsmi saytına açıqlamasında deyib.
O, heyətdəki dəyişikliklə bağlı bunları bildirib: "Vitse-prezident açıqlamasında bildirib ki, son dəqiqələrə qədər hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq nahiyəsində, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam keçmədiyi aşkarlanıb və turnirdə iştirakları məqbul sayılmayıb".
"Qran-pri" yarışının finalında qadın taekvondoçularımızdan Azərbaycanı Yaprak Eriş (-57 kq) təmsil edəcək.
Komandalararası Dünya Çempionatında isə heyətdə dəyişiklik baş verməyib. Belə ki, ölkəmiz Dünya Çempionatına Safiye Polat (-49 kq), Zeyvi Kərimova və Gülhanım Yeşildal ( hər ikisi -57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Oogink (-73 kq) heyəti ilə qatılacaq.