1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Fəridə Əzizova: "Şəxsi məşqçim arxamda durmur"
"Qran Pridə iştirak etməyəcəyimi mənə bir ay əvvəldən demişdilər".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bakıda keçiriləcək Qran Prinin final mərhələsi üçün heyətdən kənarlaşdırılmasına münasibət bildirərkən deyib. Federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev 67 kq çəki dərəcəsində çıxış edən idmançının bel nahiyəsindəki problem üzündən son anda həkimlərin rəyi əsasında, komandadan kənarda qaldığını açıqlayıb. Əzizova isə zədə üzündən deyil, "bəzi səbəblər"dən yarışa qatılmayacağını bildirib: "Çox məyusam. Qərarı federasiya verib və son anda heyətdə baş verən dəyişikliyin səbəbini də özlərindən soruşun. Mənə çoxdan - hələ bir ay əvvəldən deyilmişdi ki, yarışa çıxmayacaqsan. Hansı səbəb göstərdiklərini bilmirəm. Mənə nə deyirlərsə, onu da edirəm".
"Bəlkə bu qərar 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazana bilmədiyin üçün verilib?" sualını isə 22 yaşlı taekvondoçu belə cavablandırıb: "Təbii ki, yox. Mənim olimpiadadakı nəticəmdən heç kim narazı deyil".
Əzizova "Rio-2016"ya birgə hazırlaşdıqları Səbuhi Zülfüqarovun onun şəxsi məşqçisi olmadığını da vurğulayıb: "Mənim şəxsi məşqçim rayondadır ve arxamda durmur. Səbuhi müəllim ise təəssüf ki, şəxsi məşqçim deyil".
Qeyd edək ki, Fəridə Əzizova ilə yanaşı, Patimat Abakarova (49 kq) da Qran Prinin final mərhələsi üçün açıqlanan heyətdən kənarlaşdırılıb. Abakarovanın ayaq nahiyəsindəki zədənin tam keçməməsi səbəb göstərilib.