1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Taekvondoçumuz Avropa çempionu oldu - FOTOLAR
Kipr Respublikasının Larnaka şəhərində taekvondo idman növü üzrə gənclər arasında Avropa birinciliyində milli yığma komandamız uğura imza atıb.
Sportnet.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqilərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəhruz qarşılaşdığı Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10---qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Final döyüşündə rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyin qızıl mükafatına da sahib olmuşdur.
Nəzərinizə çatdıraq ki, sayca 21-ci olan və 2-5 noyabr tarıxlərində düzənlənən Avropa birinciliyində gənclərdən ibarət milli yığma komandamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin də qatıldığı yarış Larnaka şəhərinin "Kision Athletic Center” arenasında keçirilir.