Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan medal qazanan ilk Azərbaycan qadın güləşçisi İrina Netreba (65 kq) mundialdakı çıxışını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı güləşçi bürünc medal uğrunda görüşün çətin keçdiyini bildirib.
Neteba amerikalı rəqibimi daha öncədən tanıdığını qeyd edib: "İlk dəfə dünya çempionatında medal qazandım. Bu "bürünc"ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm".