Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə idmançı bürünc medal uğrunda görüşdə çinli Yan Vanqı məğlub edib.
Qeyd edək ki, Məmmədəli Mehdiyev (90 kq) bürünc, Elmar Qasımov (100 kq) isə gümüş medala sahib olub.
------------------------------------------------------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan 27 yaşlı idmançı həlledici görüşdə israilli Piter Palçiki məğlub edə bilməyib. Qasımov əlavə vaxtda rəqibinə uduzub.
Qeyd edək ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medala sahib olub. Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək.
-----------------------------------------------
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı son təsəlliverici görüşdə yerli cüdoçu Toma Serciunu ipponla məğlub edib. Bu, Mehdiyevin Böyük Dəbilqə turnirlərində ilk medalıdır.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək. Elmar Qasımov (100 kq) isə qızıl medal uğrunda israilli Piter Palçiklə üz-üzə gələcək.
--------------------------------------
Azərbaycan cüdoçusu Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 100 kq çəkidə qüvvəsini sınayan 27 yaşlı idmançı ardıcıllıqla özbəkistanlı Aklmurodbek Xudoyberdiyev, rusiyalı Asxab Kostoyev və portuqaliyalı Jorje Fonsekanı məğlub edərək finala çıxıb. Qasımov həlledici görüşdə israilli Piter Palçiklə üz-üzə gələcək.
90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman, çinli Hebilige Bu və gürcüstanlı Uşangi Margianini üstələdikdən sonra yarımfinalda rusiyalı Mixail İqolnikovla bacarmayıb.
O, bürünc medal uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Toma Serciu ilə qarşılaşacaq.
78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska 1/4 finalda ukraynalı Qalina Tarasovaya uduzduqdan sonra təsəlliverici görüşdə slovakiyalı Anamari Velensekdən güclü olub. O, bürünc medal uğrunda çinli Yan Vanqla güləşəcək.
----------------------------------------------------
Azərbaycanın 3 cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin son yarış günündə medallar uğrunda mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev israilli Li Koçman və çinli Hebilige Bunu məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. O, növbəti görüşündə gürcüstanlı Uşangi Margiani ilə qarşılaşacaq. Bu çəkidə Tural Safquliyev isə isveçrəli Siril Qrossklausu üstələsə də, 1/8 finalda misirli Hatem Abd El Akberə uduzub.
100 kq çəkidə qüvvəsini sınayan Elmar Qasımov 1/8 finalda özbəkistanlı Aklmurodbek Xudoyberdiyevdən güclü olub. O, 1/4 finalda rusiyalı Asxab Kostoyevlə üz-üzə gələcək. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İrina Kindzerska isə ilk görüşünü 1/4 finalda ukraynalı Qalina Tarasovaya qarşı keçirib. O, məğlub olsa da, təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
Əvəzində mübarizəyə 1/16 finaldan qoşulan Şahin Qəhrəmanov (+100 kq) ilk görüşdə çinli Şaotonq Yuana uduzaraq, mübarizəni dayandırıb.
Azərbaycan idmançıları 1/4 finalda uduzacaqları halda, bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqlar.
Qeyd edək ki, ilk iki yarış günündə Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Böyük Dəbilqədə 62 ölkədən 348 cüdoçu mübarizə aparır. Yarışın ümumi mükafat fondu 154 min dollardır.