Azərbaycanın daha bir güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
Sportnet.az məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryana qalib gəlib.
İlk yarını 6:2 hesablı üstünlüklə tamamlayan Mustafayev ikinci hissədə daha 6 xal qazanaraq vaxtından əvvəl qələbə qazanıb.
Mustafayev yarımfinalda Çaba Vida (Macarıstan) - Nikolae Kojokaru (Böyük Britaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Daha əvvəl Hacı Əliyev 1/8 final mərhələsində Vazgen Tevanyanı məğlubiyyətə uğradaraq 1/4 finalda rusiyalı Naçın Kuulara rəqib olub.