
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Priyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya yarımfinalda uduzub.
Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.