İspaniyanın Marona Dor şəhərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatına start verilib.
Sportnet.az-ın məlumatına görə, yarışda iştirak edən Azərbaycan millisinin üzvlərindən 3-ü fəxri kürsüyə yüksəlib. Zemfira Həsənzadə (29 kq) və Pünhan Mürsəlov (41 kq) gümüş, Şamil Mirzəyev (33 kq) isə bürünc medala sahib olub.
Digər taekvondoçulardan Fatimə Həsənova (37 kq), Nihat Məmmədzadə (37 kq) və Kənan Əmiraslanov (45 kq) yarışı müxtəlif mərhələlərdən dayandırmalı olublar.