İspaniyanın Marina Dor şəhərində keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycan taekvodoçusu Cavab Ağayev bürünc medala sahib olub.
Sportnet.az xəbər verir ki, 68 kq çəki dərəcəsində yer alan Ağayev xorvatiyalı Yosip Biliç, almaniyalı Yona Porş və erməni İqor Karapetyanı yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala gedən yolda rusiyalı Erik Aginka ilə döyüşdə cütlüyün qalibini qızıl xal həll edib. Rusiya idmançısı qarşılaşmanın qalibi olub.
Qeyd edək ki, Avropa çempionatına bu gün yekun vurulacaq.