Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnirə start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan yığmasının yarışdakı yeganə idmançısı Mirşərif Kazımzadə ilk gündə rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan boksçu moldovalı Vlad Qavriluçla üz-üzə gəlib. Kazımzadə rəqibini 2:1 (29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda serbiyalı Sandro Poletanla üz-üzə gələcək.
Qeyd edək ki, 18 ölkədən 150-dən artıq boksçunun qatıldığı turnirdə final görüşləri dekabrın 18-də keçiriləcək.