
Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahasla üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçu dünya çempionu olub.
2015-ci ildə yeniyetmələrdən ibarət yığmamıza cəlb edilən Zelim Kotsoyev Azərbaycan cüdo məktəbinin yetirməsi hesab olunur.
Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.
----------------------------------
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Portuqaliya təmsilçisi Jorje Fonsekaya qalib gəlib.
Onun finaldakı rəqibi kanadalı Şeydi Əl-Nahas olacaq.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
------------------------------------
Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev tatamiyə çıxacaq.
2023-cü ildə Avropa çempionu olan idmançı 1/16 finalda Pyotr Kuçera (Polşa) - Jonqhoon Von (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.