1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gənc güləşçilərimiz Batumidə qurşaq tutacaq
İyulun 5-də Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir start götürəcək. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri turnirdə tam heyətlə iştirak edəcək.
Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında qonşu respublikaya Xəyyam Abdullayev (50 kq), Əli Məmmədov (55 kq), Mikayıl Rəhmanov (60 kq), Orxan Məmmədli (66 kq), Mehrac Kərimov (74 kq), Elton Vəzirzadə (84 kq), Zamir Məhəmmədov (96 kq) və Əli Həsənov (120 kq) yollanıb. Turnirin ilk günündə 50, 60, 74 və 96 kq, ikinci günündə isə 55, 66, 84 və 120 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.