1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Norveç yığmasının futbolçusu Rusiya klubunda
Norveç milli komandasının futbolçusu Stefan Strandberq Azərbaycan milli komandası ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi klubunu dəyişib. Sportnet.az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi "Rusenborq"dan Rusiya "Krasnodar"ına keçib.
O, hazırkı komandasını anlaşmasının başa çatacağı iyulun 31-də tərk edəcək. Onun transferi azad agent statusu ilə gerçəkləşib. "Krasnodar"a da məhz belə futbolçular lazımdır. Çünki Rusiya təmsilçisinin iki transfer dövründə avrokuboklar üçün satın alınmış futbolçuları sifariş etməsi qadağan olunub. Klub azad agentlərlə yanaşı, havayı icarəyə götürülmüş oyunçuların da xidmətindən yararlana bilər.
Qeyd edək ki, Stefan Strandberq "Rusenborq"da 107 oyuna 5 qol vurub. Norveç və Azərbaycan yığmaları arasındakı görüş iyunun 12-də Oslodakı "Ulleval" stadionunda baş tutacaq.