
Misli Premyer Liqasının XV turunda "Sabah" "Səbail"ə qalib gəlib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matçda Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv 1:0 hesablı qələbəyə sevinib.
Yeganə qolu ilk yarım saatın tamamına 1 dəqiqə qalmış Coy Lens Mikels qonaq komandanın qapısından keçirib.
"Bayquşlar" bu qələbə sayəsində xallarının sayını 22-ə çatdıraraq dördüncü sıraya yüksəliblər. "Səbail" isə 8 xalla doqquzuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış görüşündə "Araz-Naxçıvan" "Səbail"i minimal hesabla üstələyib.
Misli Premyer Liqası
XV tur
29 noyabr
19:00. “Sabah” – “Səbail” - 1:0
Qol: Coy Lens Mikels, 29
Baş hakim: Rəvan Həmzəzadə