"Oyun ərzində bir az üstünlüyümüz var idi. Təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq".
Sportnet.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının XIX turunun “Neftçi” ilə oyunundan (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Elvin Camalov o qədər pis durumdadır ki, onun əvəzinə mərkəz müdafiəçisi həmin mövqedə oynayırdı?
- Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələlik hazır deyil.
- Düşünmürsünüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün edilməlidir?
- Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək və bununla rəqabəti artıraq.