"Seltik" 38 yaşlı qapıçısı Kasper Şmeyxel ilə müqavilənin müddətini 2026-cı ilə kimi uzadıb.
Sportnet.az xəbər verir ki, danimarkalı qolkiper 2024-cü ilin yayından Şotlandiya klubunda çıxış edir.
Şmeyxel bu mövsüm, Çempionlar Liqasında altı oyun da daxil olmaqla, ümumilikdə 34 matçda iştirak edib.
Hazırda Şotlandiya Premyer Liqasının lideri olan "Seltik" Çempionlar Liqasında 6 oyundan 9 xalla 23-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Şmeyxel 11 mövsüm "Lester"in qapısını qoruduqdan sonra "Nitsa" və "Anderlext" komandalarında çıxış edib.