
“Bizi çətin oyununun gözlədiyini bilirdik. Şans yarandı, amma bundan yararlana bilmədik. Bu gün bəxt bizdən yana keçdi".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elvin Məmmədov evdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis növbəti mövsüm I Liqada da komandanın sükanı arxasında qalmaq istədiyini bildirib: "Fürsətdən istifadə edib, mənə şans verdiyi üçün rəhbərliyə təşəkkür edirəm. Heyət var, amma nəticə alınmadı. Ümidli idik. Yenidən Premyer Liqaya yüksəlmək olarsa, bu şansdan maksimum istifadə etməyə çalışacağam".
Baş məşqçi aşağı diviziona düşməklərini şərh edib: “Bu, mənim üçün nemət idi, bundan istifadə etməyə çalışdıq. Mental düşüncəmizi dəyişməliyik. Yükümüz ağır idi, maksimum çalışdıq. Bu gün I Liqaya düşməklə böyük şey olmur. Böyük danışmaq istəmirəm. Mövsümün əvvəlindən mən olsaydım, bəlkə də daha pis nəticə olardı. Nədirsə, qismət budur".