İngiltərənin “Liverpul" klubunun futbolçuları Trent Aleksander-Arnold və Endryu Robertson unikal göstəriciyə imza atıblar.

 

Sportnet.az “LiveScore” saytına istinadən xəbər verir ki, hər iki oyunçu İngiltərə Premyer Liqası tarixində 60 və ya daha çox məhsuldar ötürmə edən yeganə müdafiəçilərdir.

 

Aleksander-Arnoldun aktivində 64, Robertsonun isə 60 məhsuldar ötürmə var.

 

Qeyd edək ki, Trent Aleksander-Arnold cari mövsümdə meydana çıxdığı 43 oyunda 4 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Endryu Robertson isə 44 matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.