
“Media Liqasında iştirak edən qızlar 3-5 dəqiqə oyunun içində olub. Əsas məqsəd reklamdır. Yəni, ora yığılan insaları Litva ilə oyunumuza cəlb etmək istəyirik”.
Bu sözləri Sportnet.az-a açıqlamasında qadınlardan ibarət milli komandanın baş məşqçisi Siyasət Əsgərov Manə Mollayeva, Alina Nəhmədova, Coşqunə Əliyeva və Fidan Cəfərovanın Media LiqaısInda iştirakına münasibət bildirərkən deyib.
38 yaşlı mütəxəssis UEFA Millətlər Liqasının Litva ilə matçı öncəsi futbolçuların əyləncə xarakterli turnirdə iştirakının onların hazırlığına hansısa problem yaratmadığını deyib.
O, heyət üzvlərindən hər birinin fiziki durumun yerində olduğunu qeyd edib: “Əslində qızların orada iştirakının məqsədi sırf oyun üçün deyil. Bilirsiniz, mayın 30-da çox önəmli matçımız var ki, bu baxımdan, azarkeş cəlb etmək məqsədi daşıyır.
O məqsədlə hər komandada bir qız iştirakçı var. Həmçinin, digər səbəb ölkəmizdə qadın futboluna olan baxışları dəyişməkdir. Onsuz da qızlar orada oynamır. Hazırda məşqdən çıxmışıq, hamısı iştirak edirdi, heç kim də zədələnməyib”,
Qeyd edək ki, Millətlər Liqasında C Liqasının 4-cü qrupunda Azərbaycan və Litva milliləri arasında görüş mayın 30-da “Dalğa Arena”da keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qrupun qalibi B Liqasına yüksələcək.