
Rusiyanın "Rubin" klubunun və Türkiyə millisinin sabiq futbolçusu Hasan Kabze hazırda "Turan Tovuz"un baş məşqçisi olan Kurban Berdıyevlə bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 43 yaşlı keçmiş hücumçu türkmənistanlı mütəxəssislə sonuncu dəfə 2008-ci ildə - "Rubin"in 50 illik yubileyində canlı ünsiyyətdə olduğunu bildirib.
"Hərdən Berdıyevlə danışırıq. O, top-məşqçidir", - deyə Kabze vurğulayıb.
Qeyd edək ki, Kurban Berdıyev 2001 - 2012 və 2017 - 2019-cu illərdə "Rubin"in baş məşqçisi olub. Onun rəhbərliyi altında Tatarıstan komandası iki dəfə Rusiya çempionu və ölkə Super Kubokunun qalibi, bir dəfə ölkə kubokunun qalibi olub. Hasan Kabze isə "Rubin"də 2007 - 2010-cu illərdə çıxış edib.