
"İnter Mayami"nin futbolçusu Lionel Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Ronaldinyonu keçib.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu bunu MLS-in "Filadelfiya Yunion"la oyununda (3:3) gerçəkləşdirib.
Argentinalı oyunçu qarşılaşmanın 87-ci dəqiqəsində fərqlənib. Bu, Messinin zərbəsindən vurduğu 67-ci qol olub. O, futbol tarixində ən yaxşı üç cərimə zərbəsi vuran oyunçulardan biridir.
Yalnız Braziliya millisinin sabiq hücumçusu Pele (70) və Fransa “Lion”unun keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano (77) Messidən daha çox qol vurub.
Qeyd edək ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr" klubun futbolçusu Kriştianu Ronaldu karyerası ərzində cərimə zərbələrindən 64 qol vurub.