
"Çox mükəmməl, çox gözəl hisslər keçiririk. Bütün xalqımızı, futbol cameəmizi təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Təcrübəli oyunçu onlara dəstək verən azarkeşlərə minnətdarlığını bildirərək, onlara sevinc bəxş etmək üçün əllərindən gələni ortaya qoyduqlarını vurğulayıb: "Bu gün çempionluğumuzu qeyd edirik.
Hər kəsə "çox sağ olun" deyirəm. Oyuna hazırlığımız yarımfinal mərhələsindən görünürdü. Yüksək səviyyədə hazırlaşmışdıq. Finaladək epizodlarımızdan yararlana bilmirdik, sona doğru psixoloji çətinliklərimiz olurdu. Bu gün isə qolları tez vurduq, ilk dəqiqələrdən imkanlardan yararlandıq. Hər şey qaydasında getdi".