
Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" klubu beş futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Begzod Xulikulovla vidalaşıb.
Futbolçuların başa çatan müqavilələri yenilənməyib.
Qeyd edək ki, "Karvan" daha əvvəl Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov və Müşviq Teymurovla yollarını ayırıb.