
Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Karvan” yeni transferini açıqlayıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Vadim Abdullayevlə anlaşıb.
Abdullayev ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı futbolçu son olaraq “Araz Naxçıvan”ın formasını geyinib.