
“Zirə”nin futbolçusu Salifu Suma İsveçin “Malmö” klubuna transfer olub.
Sportnet.az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanılıb.
Klub Sumaya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Zirə" iyulun 31-də Xorvatiyanın Split şəhərində UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Hayduk"un qonağı olacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.