
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" klubu futbolçusu Səbuhi Abdullazadə ilə müqaviləni yeniləyib.
Sportnet.az gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 illik anlaşmaya imza atıb.
Qeyd edək ki, Səbuhi Abdullazadə "Sumqayıt" Futbol Akademiyasının yetirməsidir.