
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya "Şelburn"una qarşı keçirəcəyi oyuna satılan biletlərin sayı açıqlanıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşə 25 000 bilet satılıb.
Başqa sözlə, 31 200 tamaşaçı tutumuna malik stadionda anşlaq olacağı gözlənilir.