
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, Şimali Makedoniya "Şkendiya"sıdır.
Tetovo şəhərinin təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB komandasını mübarizədən kənarlaşdırıb. İlk matçda evdə 1:0 hesablı qələbə qazanan "Şkendiya" cavab görüşündə də qalib gəlib - 2:1.
Buxarestdəki qarşılaşmada hesabı 28-ci dəqiqə meydan sahiblərinin futbolçusu Yuri Çizotti açıb. Lakin Liridon Latifi 33-cü, Vane Krstevski 87-ci dəqiqədə fərqlənərək, qonaqlara əzmkar qələbə qazandırıb.
"Qarabağ" "Şkendiya" ilə ilk matçını avqustun 6-da səfərdə, təkrar qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu üstələyib - 3:0, 1:0.