
UEFA Konfrans Liqasında bu gün II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycanın 3 klubu növbəti mərhələyə vəsiqə uğrunda yarışacaq.
“Sabah” klubu turu keçməyə xeyli yaxındır. İlk oyunda Moldovada “Petrokub”u asanlıqla udan Bakı klubunun öz meydanında sensasiyaya imkan verməyəcəyi gözlənilir.
“Araz Naxçıxan” Yunanıstanda “Aris”lə çətin səfər görüşünə çıxacaq. Bakıda çətin qələbəyə sevinən təmsilçimiz uğurun davamını gətirməyə can atacaq.
“Zirə” komandasını isə Xorvatiyada “Hayduk”la çətin və gərgin qarşılaşma gözləyir. Bakıda qələbəni əldən verən Rəşad Sadıqovun yetirmələri səfərdə mərhələ adlamağa çalışacaqlar.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
31 iyul
20:00. “Sabah” (Azərbaycan) – “Petrokub” (Moldova) - 4:1
Qollar: Coy-Lens Mikels, 22; 28; 44. Pavol Şafranko, 45+1 - Stiv Solvet, 41 (öz qapısına)
İlk oyun: 2:0
Baş hakim: Danilo Nikoliç
Baş hakimin köməkçiləri: Milan Şutuloviç, İvan Mikalaçki
Dördüncü hakim: İvan Stamenkoviç
(Hakimlər briqadası Serbiyadandır)
Əlincə stadionu
22:15. “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” (Azərbaycan) - 2:2
Qollar: Fabiano Laysmann, 62. Monçu, 90 - Şarl Boli, 11. Felipe Santos, 38 (pen.)
Qırmızı vərəqə: İqor Ribeyro, 52 ("Araz-Naxçıvan")
İlk oyun: 1:2
23:00. “Hayduk” (Xorvatiya) – “Zirə” (Azərbaycan) - 2:1
Qollar: Filip Krovinoviç, 19. Yassin Benrau, 95 - İssa Cibrila, 90+3
Qırmızı vərəqə: Quima, 77 ("Zirə")
İlk oyun: 1:1