
Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu "Sumqayıt" və "Kəpəz" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Qolların hamısını yeni transferlər vurub. Rüstəm Əhmədzadə 14-cü, Aleksandr Ramalinqom 26-cı, Aleksa Yankoviç 37-ci dəqiqədə fərqlənib.
Bu, ilk turun ən məhsuldar nəticəsi olub. Əvvəlki görüşlərdə "Turan Tovuz" "İmişli"yə 1:0 hesabı ilə qalib gəlibsə, "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" "Şamaxı" matçları heç-heçə ilə yekunlaşıb - 1:1. Avqustun 19-da "Zirə" və "Araz-Naxçıvan" komandaları qarşılaşacaq. "Sabah" - "Qarabağ" matçı isə qeyri-müəyyən müddətə təxirə salınıb.
---------------------------
Bu gün Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Kəpəz"i sınağa çəkəcək.
Baş hakim Fərid Hacıyevin idarə edəcəyi görüş saat 20:30-da başlanacaq. Ölkənin ikinci və üçüncü böyük şəhərlərinin təmsilçiləri indiyədək 32 dəfə üz-üzə gəliblər. Bunların 13-də Sumqayıt", 8-də "Kəpəz" meydanı qələbə ilə tərk edib, 11 matç isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisi öndədir - 40:30.
Son 4 matçda qonaq olan komanda qol vurmayıb. “Sumqayıt” ardıcıl iki quruhesablı ev qələbəsi qazanıb.
17 avqust (bazar)
20:30. “Sumqayıt” – “Kəpəz” - 3:0
Qollar: Rüstəm Əhmədzadə, 14. Aleksandr Ramalinqom, 26. Aleksa Yankoviç, 37
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" isə "Şamaxı" ilə heç-heçə edib - 1:1. Yalnız "Turan Tovuz" "İmişli" üzərində qələbə qazanıb - 1:0. Avqustun 19-da "Zirə" - "Araz-Naxçıvan" matçı keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.