
Çilili hücumçu Aleksis Sançes 11 ildən sonra yenidən La Liqada çıxış edəcək.
Sportnet.az xəbər verir ki, Sançes “Sevilya”ya transferindən sonra təqdimat mərasimində ilk təəssüratlarını bölüşüb:
“İlk günlər intensiv keçdi – məşqlər, tibbi yoxlamalar, səfərlər… Kluba qoşulanda bu normaldır. Bu stadionda oynamaq və azarkeşlərə sevinc bəxş etmək üçün səbirsizlənirəm. Komandadakı ab-hava çox yaxşıdır və bu ilin gözəl olacağına inanıram”.
Sançes “Sevilya” seçimi barədə də danışıb:
“Bu, bir neçə amilin nəticəsi idi. Prezident və baş məşqçi ilə danışanda mənə inam verdilər.
Böyük klubdur və daim böyük olaraq qalmaq üçün potensiala malikdir. Futbol sadə oyundur, illər keçdikcə mənim üçün daha da asan görünür. Bunu meydanda göstərmək lazımdır, mövsümün sonunda isə nəticəni görəcəyik”.
Qeyd edək ki, Aleksis Sançes sonuncu dəfə 2014/15 mövsümündə “Barselona” formasında La Liqada çıxış edib. O, həmin mövsümdə 34 oyunda 19 qol və 11 asistlə yadda qalıb.