
Ukrayna millisinə ilk dəfə dəvət alan Vladislav Veleten 2026-cı il dünya çempionatının seçmə mərhələsində İslandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlardan danışıb.
Sportnet.az-ın məlumatına görə, "Polesye" klubunun 23 yaşlı yarımmüdafiəçisi Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında hər iki kollektiv barədə daxili müzakirələr apardıqlarını bildirib.
İslandiyanı güc komandası kimi dəyərləndirən Veleten rəqibin hücum xəttində yaxşı ifaçıların olduğunu diqqətə çatdırıb. O, Azərbaycan millisi barədə isə bunları deyib: "Bu komanda haqqında da danışdıq. Onlara qarşı daha sərt oynamaq, hücuma atılmaq, qapılarına zərbə vurmaq lazımdır. Ötən dəfə oyuna nəzarət çox, imkanlardan yararlanma az idi".
Qeyd edək ki, Ukrayna yığması İslandiya ilə bu gün Reykyaviklə, Azərbaycanla isə oktyabrın 13-də Polşada qarşılaşacaq.