
Üç futbolçu Azərbaycan millisinin bu gün səfərdə Fransaya qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə qrup matçının iştirak ərizəsindən kənarda qalıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə baş məşqçi Ayxan Abbasov qərar qəbul edib.
Həmin oyunçulardan ikisi "Zirə"nin yarımmüdafiəçiləri İsmayıl İbrahimli ilə Ceyhun Nuriyev, digəri isə "Sumqayıt"ın kapitanı və orta sahə oyunçusu Səbuhi Abdullazadədir.
Onlar Bakı vaxtı ilə saat 22:45-də başlanacaq qarşılaşmanın "23-lüy"ünə daxil edilməyiblər.