
Bu gün Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv D qrupundakı dördüncü matçında Ukrayna ilə qarşılaşacaq.
Polşanın Krakov şəhərindəki “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
Üç oyundan sonra Ukrayna 4 xalla 2-ci, Azərbaycan 1 xalla 4-cü pillədə qərarlaşıb. İki komanda arasında sentyabrın 9-da Bakıda keçirilmiş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Ukrayna millisi yenə xal itirsə, Fransa paralel qarşılaşmada İslandiya üzərində səfər qələbəsi sayəsində dünya çempionatına birbaşa vəsiqəni təmin edəcək.
DÇ-2026, seçmə mərhələ
D qrupu
13 oktyabr
22:45. Ukrayna - Azərbaycan
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
(Hakimlər briqadası Avstriyadandır)
“Krakoviya” stadionu.